Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt Dağıstan idmançısı Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtını elan edib.
Onun sözlərinə görə, çempionluq kəməri uğrunda yüngül çəkidə təkbətək döyüş bu yay qarışıq döyüş növləri üzrə Amerika nümayəndəsi Castin Getjiyə qarşı keçiriləcək. Döyüş adada təşkil olunacaq.
"Bu adada ilk yarışın olub-olmadığını bilmirəm, amma biz onların məhz orada döyüşəcəyini gözləyirik”, - o deyib.
Mütləq Döyüş Çempionatının prezidenti həmin vaxta qədər dünyada koronavirusla bağlı vəziyyətin normallaşacağına inamını ifadə edib.