Daha bir Avropa çempionatı təxirə salındı

Daha bir Avropa çempionatı təxirə salındı

Avqustun 7-9-da İsveçin Malmö şəhərində keçirilməsi nəzərdə tutulan sprint üzrə Avropa çempionatı təxirə salınıb.

Bunu Avropa Triatlon İttifaqı (ETU) açıqlayıb.

İsveç koronavirus pandemiyasına görə çempionatı keçirə bilmədikləri üçün ETU-ya müraciət edib.

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Triatlon İttifaqı Kanadanın Edmonton şəhərində keçirilməsi nəzərdə tutulan Dünya seriyasının Qran-finalını və bir neçə mərhələ yarışlarını ləğv etmişdi.