UFC döyüşçüsü Toni Ferqyusonun oktaqondan nə qədər uzaq qalacağı məlum olub. Ferqyusonun zədələr səbəbindən yaxın iki ay ərzində döyüşməsi mümkün olmayacaq.
Amerikalı idmançı Castin Getji ilə döyüşdən sonra xəstəxanaya yerləşdirilmişdi. Döyüş zamanı Tonidə hematoma aşkarlanmış və sağ gözünün altı yarılmışdı. Onun almacıq sümüyünün sındığı bildirilir.
Qeyd edək ki, Getjinin endirdiyi 143 zərbədən 100-ü Ferqyusonun baş nahiyəsinə dəymişdi. Hakim 5-ci raundda döyüşü dayandırmış və Castin texniki nokautla qələbə qazanaraq yüngül çəkidə müvəqqəti çempionluq kəmərinə sahib çıxmışdı.