DÇ-2014-ün oyunlarına biletlər artıq bu il avqustun 20-də satışa çıxarılacaq. Qrup mərhələsinin qarşılaşmalarına ən ucuz bileti 90 dollara almaq mümkün olacaq. Amma ən ucuz biletlərin qiyməti 220 dollar olacaq (açılış oyunu istisnadır).
Braziliya əhalisinin bir qismi çempionatın ilk 48 oyunundan 47-nə cəmi 15 dollara birbaşa baxa biləcək: bu qiymət tələbələr, yaşı 60-dan çox olan azarkeşlər və "Bolsa Familia” proqramının üzvləri üçün nəzərdə tutulub.
Ümumilikdə satışa 3 milyon bilet çıxarılacaq və onlar üç mərhələdə satılacaq.