Azərbaycanın "Sərkərdə" klubunun basketbolçusu Nikolae Kojuhari İrlandiyanın Offali şəhərində saxlanılıb. 28 yaşlı oyunçu 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur.
Onunla birlikdə daha iki nəfər də tutulub. Kojuharinin girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia təmin edilməyib. Hər 3 şəxs mayın 13-də məhkəmənin hökmü ilə həbs olunub. Növbəti məhkəmə prosesi mayın 20-də olacaq.