Mayın 10-da Ceksonvilldə keçirilən UFC 249 turnirində Toni Ferqyusonu məğlub edərək yüngül çəkidə müvəqqəti çempion kəmərinə sahib çıxan Castin Getji "The Score" saytına danışıb. Ferqyuson üzərində qələbədən sonra yetərincə məşhurlaşan idmançı dağıstanlı Həbib Nurməhəmmədovla döyüşməyə hazır olduğunu növbəti dəfə bəyan edib:
"Mən bu döyüşdə zəhmətimlə qalib gəlmişəm. Həbibi döyəndən sonra Konor Makqreqorla qarşılaşacağam. Yaxşı pul qazanmaq istəyirəm".
Qeyd edək ki, UFC başqanı Dena Uayt Həbib Nurməhəmmədovla Getjinin böyük ehtimalla, bu ilin sentyabrında üz-üzə gələcəyini söyləyib.