Dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşdi

Dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşdi

Koreyanın Çecu şəhərində AİBA İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib. Tədbirdə 2015-ci ildə keçiriləcək boks üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkənin adı məlum olub. Beləliklə, Qətərin paytaxtı Doha şəhəri Olimpiya oyunlarından əvvəl boks üzrə dünya çempionatını qəbul edəcək. Səsvermə nəticəsində Qətər Tailandı səs çoxluğu ilə qabaqlayıb. Eləcə də iclas zamanı Almatıda inşa olunan AİBA boks akademiyasının açılış mərasiminin vaxtı da məlum olub. Oktyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatından əvvəl həmin idman qurğusunun açılışı olacaq.