16 yaşlı idmançı “Forbes” jurnalında yer alıb

16 yaşlı idmançı “Forbes” jurnalında yer alıb

 

 

2020-ci ildə fiqurlu konkisürmə üzrə Avropa çempionu Alyona Kostornaya “Forbes” jurnalı tərəfindən tərtib edilmiş 30 yaşına qədər ən perspektivli rusiyalıların siyahısına daxil edilib. 16 yaşlı idmançı ilə yanaşı, siyahıda “İdman və kibersport” kateqoriyasında 23 yaşlı üzgüçülük üzrə ikiqat dünya çempionu Anton Çupkov və 21 yaşlı kibersportmen Kirill Mixaylov da yer alıb.

Reytinqin iştirakçılarını münsiflər heyəti, hər kateqoriya üzrə 3-5 mütəxəssisdən ibarət ekspert şurası və jurnalın redaksiya rəhbəri müəyyən edib. Reytinqdə həmçinin oxucuların səsverməsi də nəzərə alınıb.