Həbib Nurməhəmmədov liderliyini qoruyur

Həbib Nurməhəmmədov liderliyini qoruyur

 

 

Rusiyalı qarışıq döyüş ustası Həbib Nurməhəmmədov ESPN-nin versiyasına görə ən yaxşı idmançılar siyahısında liderliyini qoruyub.

31 yaşlı idmançı çəki kateqoriyaları nəzərə alınmadan, UFC-nin lideri Con Consu qabaqlayır. Siyahının üçüncüsü isə Henri Sehudodır. Ən yaxşıların onluğunda amerikalı Castin Qetji də yer alıb. O, Ceksonvillada təşkil olunan UFC 249 turnirinin əsas görüşündə həmyerlisi Toni Ferqüsonu məğlub edərək, müvəqqəti çempionluq tituluna sahib çıxıb. C.Qetjinin yüngül çəki dərəcəsində UFC-nin hazırki çempionu Həbib Nurməhəmmədovla görüşəcəyi gözlənilir.

H.Nurməhəmmədov çəki dərəcəsi nəzərə alınmadan, UFC-nin ən yaxşı döyüşçülərinin reytinqinin ikinci pilləsində yer alıb. O, çempion kəmərini iki dəfə qoruyub saxlamağa müvəffəq olub. Rusiyalı döyüşçünün hesabına 28 qələbə var və heç bir məğlubiyyət yoxdur.