UFC çempionu Həbib Nurməhəmmədovun meneceri bildirib ki, idmançı atasının səhhəti ilə bağlı Rusiya Prezidenti Vladimir Putin ilə əlaqə saxlayıb. Hazırda Moskva xəstəxanalarından birində olan məşqçinin vəziyyəti ağır olaraq qalır.
“H.Nurməhəmmədovun atası koma vəziyyətindədir. Son günlərdə, o, atasının vəziyyəti ilə bağlı mütamadi olaraq Vladimir Putinlə əlaqə saxlayır. Prezident idmançının atasının lazımi müalicə alacağını vəd edib. Həbib Nurməhəmmədov isə bütün insanlara virusun yayılmasının qarşısını almaq üçün evdə qalmaqlarını tövsiyə edir”, deyə çempionun meneceri məlumat verib.