Amerikalı idmançı Şed Qaspardın cəsədi Los-Anceles çimərliklərindən birində polis tərəfindən aşkar edilib.
Qeyd edək ki, Los-Anceles çimərliklərinin birində oğlu və həyat yoldaşı ilə birgə istirahət edən 39 yaşlı idmançının itkin düşdüyü xəbər verilmişdi. Məlumata görə, dalğa nəticəsində yaranan burulğan onu dənizin dibinə çəkib aparıb. İdmançının oğlunu isə xilas etmək mümkün olub. Davam edən axtarışın sonunda Şed Qaspardın cansız bədəni tapılıb.