Belaruslu UFC döyüşçüsü Andrey Orlovski ABŞ küçələrində koronavirusa qarşı mübarizə aparmaq üçün alov çıxan qurğudan istifadə edib. İdmançı həmin videonu şəxsi instaqram səhifəsində paylaşıb.
A.Orlovski bu qurğunun sosial məsafənin qorunması üçün əla vasitə adlandırdı. “Əgər mənim sevimli həyat yoldaşım bu oyuncağı alsa, o zaman mən COVİD-19-u qızardacağam”, - deyə o, videoya şərh yazıb.
Qeyd edək ki, idmançı ailəsi ilə birlikdə ABŞ-da yaşayır. Ağır çəkidə keçmiş UFC çempionu olan Andrey Orlovski son döyüşünü mayın 14-də UFC Fight Night 171 turnirində keçirib. O, hakimlərin qərarı ilə braziliyalı Filip Linsa üzərində qələbə qazanıb.