Milli Basketbol Assosiasiyası (MBA) yeni təkliflə çıxış edib. Qurum koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpasından sonra klublara hər oyuna yollanan nümayəndə heyətinin tərkibini azaltmaq təşəbbüsü irəli sürüb.
MBA hər matç üçün 35 nəfərlik nümayəndə heyətinin olmasını təklif edir. Söhbət oyunçu, məşqçi və komandaların digər əməkdaşlarından gedir. Adətən bu rəqəm 50-dən yüksək olur.
Qeyd edək ki, MBA martın 12-də dayandırılıb.