Freddi Roaç yetirməsi Menni Pakyonun növbəti döyüşü barədə mətbuata açıqlama verib. Xatırladaq ki, filippinli Menni Pakyao boks üzrə 8 çəki dərəcəsində (54-5-2, 38 KO) keçmiş dünya çempionudur. Yetirməsinin 5 çəki dərəcəsində keçmiş dünya çempionu kiçik Floyd Meyvezerlə (44-0, 26 KO) rinqə çıxmağında maraqlı olan Roaç deyib: "Nə edim ki, mən dünyada yaddaşlarda qala biləcək bir döyüş görmək istəyirəm. Mən istəyirəm ki, Meyvezer Menni Pakyao ilə görüşsün. Bir sözlə, mən bu döyüşü istəyirəm. O deyirdi ki, mənim yetirməm heç nəyə yaramır. Qoy Meyvezer bu sözlərin arxasında dursun və Payko ilə rinqə çıxsın”, - deyə məşhur məşqçi bildirib.