İrlandiyanın MMA döyüşçüsü Konor Makqreqor karyerasının başa çatdığını elan edib.
Bu barədə o, özünün “Twitter”dəki hesabında bildirib.
"Salam uşaqlar, mən döyüşlərdən getməyə qərar verdim. Gözəl xatirələrə görə hamıya təşəkkür", - o, sosial şəbəkədəki hesabında yazıb.
Makqreqor paylaşımına anası Marqaretlə fotosunu da əlavə edib. Foto Las-Veqasda çempionluq uğrunda təkbətək döyüşlərdən birindən sonra çəkilib.
"Öz xəyal evini seç, Maqs, mən səni sevirəm! İstədiyin hər şey sənin", - o anasına müraciət edib.
İdmançı yaxın keçmişdə artıq bir neçə dəfə - 2016 və 2019-cu illərdə də MMA-da karyerasının başa çatdığını elan edib. Ancaq son nəticədə bunun yalan olduğu üzə çıxıb.