Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) cari mövsümü avqustun 1-də bərpa edəcək.
Bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.
Koronavirus pandemiyasının yaratdığı fasilədən sonra ilk olaraq İtaliyada bir günlük "Strade Byanke" yarışı keçiriləcək.
Qeyd edək ki, UCI yarışları mart ayında dayandırmışdı.