Maykl Cordan 200 kiloqramlıq balıq tutdu

Maykl Cordan 200 kiloqramlıq balıq tutdu

NBA və 1990-cı illərin “Çikaqo Bulz” ​klubunun əfsanəsi Maykl Cordan 200,6 kq ağırlığında olan marlin balığı tutub.

İdmançının bu həvəsi “Big Rock Blue Marlin Tournament” balıqçılıq müsabiqəsində iştirak etməsi ilə əlaqədar olub. Turnirin mükafat fondu 3,3 milyon dollar təşkil edib. Qaydalara görə, ən böyük balığı tutan iştirakçı ümumi uduş fondunun 1/3 hissəsinə sahib çıxır.