UFC döyüşçüsü Devont Smitin bacısı Darient Smit Kolambusdakı gecə klublarının birinin yaxınlığında güllələnib. Belə ki, 23 yaşlı qız klubdan çıxan zaman atışma baş verib. Darient Smit dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
“Səhər oyanacağam və sənin olmadığını xatırlayacağam. Mənim balaca bacımı güllələdilər. Hadisə baş verən andan o qədər ağlamışam ki, artıq başım ağrıyır. Sən hər zaman mənim kiçik bacım olaraq qalacaqsan. Mən səni həmişə sevəcəyəm. Bu gün həyatımın ən pis günlərindən biri oldu. Sənin üçün o qədər darıxıram ki, sözlərimlə ürəyimdəki hisslərimi ifadə edə bilmirəm, - deyə D.Smit şəxsi instaqram səhifəsində qeyd edib.
Bildirilir ki, idmançı «Atlet GoFundMe» xidməti vasitəsi ilə bacısının cənazə mərasimi üçün vəsait toplanışı təşkil edib.