Keçmiş güləşçi Aleksandr İvanitski vəfat edib. Bu barədə "Telegram-kanal 112" məlumat verib. Məlumata görə, 82 yaşlı A.İvanitskinin cəsədi Moskva ətrafında tapılıb.
Xatırladaq ki, keçmiş idmançı iyulun 22-də göbələk yığmaq üçün meşəyə gedib və geri qayıtmayıb. Xilasedicilər onun Veyn çayında boğulduğunu güman edirdilər. Belə ki, çayın sahilində səliqəli şəkildə yığılan əşyalar buna əsas verirdi.
Qeyd edək ki, Aleksandr İvanitski Sovet sərbəst güləşçisi və samboçusu, sərbəst güləş üzrə SSRİ çempionatlarının qalibi və mükafatçısı, sambo üzrə SSRİ çempionatının mükafatçısı, sərbəst güləş üzrə dəfələrlə dünya çempionu, 1964-cü il Olimpiya çempionu, SSRİ əməkdar idman ustasıdır.