Lombardiya velosiped turu zamanı xoşagəlməz hadisə baş verib. Yarışın favoriti Remko Evenpoel maneəyə çırpıldıqdan sonra başını divara vurub. Həkimlər atletə dərhal tibbi yardım göstəriblər. Təcili tibbi yardım maşınında göstərilən yardım nəticəsində velosipedçi özünə gəlib.
Hadisə baş verdiyi zaman R.Evenpoel yarışın liderləri arasında olub. Daha sonra Azarkeşlərin həyəcanının nəzərə alaraq, həkimlər idmançının vəziyyətinin normal olması barədə məlumat verərək onları sakitləşdirdiblər.
Tez bir zamanda hospitala aparılan idmançı orada müayinə və müalicə olunacaq. Remko Evenpoelin zədələnməsinin diaqnozu və xarakteri hələ məlum deyil.