MMA ulduzuna maraqlı hədiyyə edildi

MMA ulduzuna maraqlı hədiyyə edildi

Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesov UFC-nin yüngül çəki dərəcəsi üzrə çempionu Həbib Nurməhəmmədovla birlikdə Rusiya Premyer Liqası çərşivəsində​ “Lokomotiv” və “Krasnodar” komandalarının oyununu izləyib.​ Görüş başa çatdıqdan sonra S.Çerçesov məşhur döyüşçüyə imzalı futbol topu hədiyyə edib.

“Oyunu Həbib Nurməhəmmədovla birlikdə izlədik. Etiraf edim ki, Həbibin futbol sahəsində peşəkar anlayışı olması məni xoş təəccübləndirdi. Əslində ona imzalanmış Rusiya yığmasının topunu daha əvvəl hədiyyə etməyi planlaşdırırdım. Lakin hdiyyə bu gün sahibi tapdı”, - deyə S.Çerçesov şəxsi instaqram hesabında bildirib.