Amerikalı Kori Anderson mütləq döyüş çempionatından (UFC) hansı səbəbdən imtina etməsi və Bellator təşkilatı ilə müqavilə imzalamasını açıqlayıb.
30 yaşlı K.Anderson 2020-ci ilin fevral ayında Yan Blahoviçə məğlub olduqdan sonra sağlamlığı üçün ciddi narahat olduğunu deyib. Bildirək ki, amerikalı döyüşçü həmin görüşdə nokautla məğlub olub və bundan sonra uzun müddət beynin silkələməsindən əziyyət çəkib. Həmçinin o, ürəyində problemlərin olmasından şühbələnir. K.Andersonun sözlərinə görə, o, UFC-nin təşkil etdiyi şəraitdə sağlamlığını riskə atmaq niyyətində deyil. Bellator təşkilatı isə amerikalı döyüşçüyə daha sərfəli müqavilə təklif edib.
Döyüşçü UFC-dən imtina etdi
 
             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                        jpeg-1761331217.jpeg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        