NBA-nın komissarı Adam Silverin sözlərinə görə, liqa mövsümün başlanmasını dekabrın 1-dən daha gec tarixə salmağı planlaşdırır.
A.Silver qeyd edib ki, 2020-2021-ci il mövsümündə liqa yarışları tribunalarda tamaşaçılarla keçirmək istəyir və mövsüm üçün daha bir qapalı kampus təşkil etmək niyyətində olmadığı bildirib.
“Mən düşünürəm ki, dekabrın 1-i tarixi hazırda mövsüm üzərində çalışdığımız vaxtdan çox tezdir”. Bizim əsas məqsədimiz tamaşaçıları tribunalara qaytarmaqdır. Əgər həmkarlar ittifaqları ilə danışıqlarda başlama tarixini bir qədər geriyə çəkmək mümkün olsa, bu zaman tamaşaçıların canlı şəkildə oyunları izləməsi şansı yaranacaq. Biz məhz buna can atardıq”, - deyə Adam Silver bildirib.