Azarkeş 25 min dollar ziyan düşüb

Azarkeş 25 min dollar ziyan düşüb

Azarkeş UFC "Fight Night" döyüşlərindən birinə bəhs edərək böyük miqdarda pul itirib.

Məlumata görə, azarkeş Mariya Ağapovanın Şana Dobson üzərində qələbə qazanmasına 25 min dollar ödəyib. M.Ağapovanın qələbə qazanacağı təqdirdə isə azarkeşin qazancı 1 milyon 775 min dollar təşkil edəcəkdi.
Lakin amerikalı idmançı Qazaxıstan təmsilçisini ikinci raundda texniki nokautla məğlub edib. Bu səbəbdən M.Ağapovanın qələbəsinə ödəniş edən şəxs 25 min dollar itirib.