Mütləq mübarizə çempionatının (UFC) rəhbəri Deyn Uayt Toni Ferqüsonun ringə qayıtması xəbərini təsdiqləyib. O, həmçinin konfrans zamanı jurnalistlərdən birinin 36 yaşlı amerikalının rəqibinin adının təxmin edilməsinə də fikir bildirib. “Biz, həqiqətən, görüş barədə razılığa gəldik. Dustin Porye? Ola bilər”, - deyə D.Uayt vurğulayıb.
UFC döyüşçünün qayıtmasını təsdiqlədi