MMA-nın (qarışıq döyüş növləri) canlı əfsanəsi, dördqat dünya
çempionu Fyodr Yemelyanenko karyerasında son döyüşünü
Moskvada keçirə bilər.
Bu barədə TASS məlumat yayıb. «Bellator»un prezidenti Skot
Koker bildirib ki, rusiyalının potensial rəqibi UFC-nin keçmiş
çempionu Fabrisio Verdum ola bilər. Braziliyalı idmançı isə öz
növbəsində bildirib ki, döyüşün taleyini elə ilk raundda həll edəcək.
Əvvəl bildirilirdi ki, Yemelyanenkonun bu döyüşü 2020-ci ilin sonuna planlaşdırılır.
Qeyd edək ki, 43 yaşlı rusiyalı idmançının aktivində 6
məğlubiyyət və 39 qalibiyyət var.
Dördqat dünya çempionu son döyüşü