Koronavirus pandemiyası bu mövsüm bütün yarışların təqviminə təsir göstərib. Velosiped idman növü üzrə turnirlər də istisna təşkil etməyib. Bu mənada “Tur de Frans” yarışını xüsusi fərqləndirə bilərik. Amma gözü yolda olan velosiped idmanının həvəskarları artıq bu gündən mötəbər yarışı izləyə biləcəklər.
İlk dəfə 1903-cü ildən keçirilən “Tur de Frans” yarışı bu gün start götürür. Otuz ölkədən qatılacaq idmançılar arasında Fransanı təmsil edəcək velosipedçilərin sayı daha çox olacaq. Adı çəkilən ölkədən bu yarışda 39 velosipedçi mübarizə aparacaq. Birinci nömrə ənənəvi olaraq ötən mövsümün qalibinə qismət olacaq. Bəli, söhbət Böyük Britaniyanın “INEOS Grenadier” komandasının şərəfini qoruyan Eqan Bernaldan gedir. Bununla yanaşı, ilk mərhələdə 9 velosipedçi öz ölkəsinin qalibi kimi mübarizə aparacaq. Onlarla birgə qrup yarışlarında son dünya çempionu, son Olimpiadanın qalibi və Avropa çempionu yarışacaq.
Bu il yarışın ən yaşlı iştirakçısı “Movistar” komandasında çıxış edən 40 yaşlı ispaniyalı velosipedçi Alexandro Valverde olacaq. Ən gənc iştirakçı isə “B&B Hotels” komandasından 21 yaşlı Maksim Şevalyedir.
Ümumilikdə turnirdə 22 komandanı təmsil edən 218 velosipedçi mübarizə aparacaq.