Qəbələdə uşu üzrə açıq turnir keçirilir​

Qəbələdə uşu üzrə açıq turnir keçirilir​

Qəbələ Olimpiya İdman Kompleksinin stadionunda Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərimizin əziz xatirəsinə həsr olunmuş uşu üzrə açıq turnir keçirilir. Avqustun 29-da start götürən yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə təşkil edilib. Turnirdə 200-ə yaxın idmançı qüvvəsini sınayır.

Qeyd edək ki, yarışda Bakı, Gəncə, Samux, Göyçay, Ucar, Bərdə və Şəki klubları iştirak edirlər.