Rusiyanın paytaxtı Moskvada keçirilən velosiped yarışı zamanı faciə baş verib. Qran-pridə iştirak edən yerli idmançı Pavel Sveşnikov dünyasını dəyişib.
22 yaşlı velosipedçi huşunu itirərək yerə yıxılıb. Ona ilkin yardım göstərilib dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Sentyabrın 2-də isə Moskvada 16 yaşlı xokkeyçi məşq zamanı zədə alaraq ölüb.
Qeyd edək ki, Sveşnikov 2018-ci ildə trek üzrə Rusiya çempionatında gümüş medal qazanıb.
Velosipedçi faciəvi şəkildə dünyasını dəyişdi