Hündürlüyə tullanma üzrə rekordçu iki il diskvalifikasiya edilib

Hündürlüyə tullanma üzrə rekordçu iki il diskvalifikasiya edilib

Belaruslu hündürlükdən tullanan Dmitri Nabokov antidopinq qaydalarının pozması səbəbi ilə iki il müddətinə diskvalifikasiya edilib. Bu barədə Athletics Integrity Unit (AIU) müstəqil yüngül
atletik intizam orqanının saytında məlumat verilib. 24 yaşlı idmançının nümunəsində qadağan olunmuş furosemid maddəsi aşkar edilib. Diskvalifikasiya 2019-cu ilin oktyabrın 28-dən D.Nabokovun könüllü olaraq müvəqqəti kənarlaşdırma ilə razılaşdığı tarixdən hesablanır.
Xatırladaq ki, idmançı Belarusun hündürlüyə tullanma rekorduna sahibdir. 2018-ci ildə Brest şəhərində keçirilən turnirdə o, 2,36 m hündürlüyü fəth edib. İdmançı həmçinin yeniyetmələr arasında 2014-cü ildə dünya çempionatının gümüş medalını qazanıb. 2017-ci ildə isə Dmitri Nabokov 23 yaşınadək idmançılar arasında Avropa çempionatında qələbə qazanıb.