Beynəlxalq Velosipedçilər İttifaqı dünya çempionatlarının keçiriləcəyi yerləri təsdiqləyib

Beynəlxalq Velosipedçilər İttifaqı dünya çempionatlarının keçiriləcəyi yerləri təsdiqləyib

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2026-cı ilədək beş növ üzrə dünya çempionatlarının keçiriləcəyi yerləri təsdiqləyib.
Bu barədə UCI-nin mətbuat xidməti məlumat yayıb. Belə ki, 2022-ci və 2023-cü illərdə dağ velosipedi (BMX) üzrə dünya çempionatlarına Argentina, 2025-ci ildə İsveçrə, 2026-cı ildə İtaliya ev sahibliyi edəcək. Dağ velosipedi marafonu üzrə 2021-ci ildə dünya çempionatı İtaliyada və 2024-cü ildə Amerikada təşkil olunacaq. BMX üzrə dünya çempionatı 2025-ci ildə Kopenhagendə keçiriləcək. Həmin il velokross üzrə dünya çempionatı isə Fransada baş tutacaq.