Basketbol milli komandamızın üzvləri “Qarabağ Azərbaycandır!” şüarı altında ordumuza dəstək olub. Azərbaycan Basketbol Federasiyasının hazırladığı videoçarxda idmançılarımız və baş məşqçi Samit Nuruzadə hər zaman döyüşə hazır olduqlarını və illərdir işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına dair inamlarını dilə gətiriblər.