Oktyabrın 15-də kapoeyra üzrə onlayn “Joga Legal U-18” beynəlxalq turniri start götürəcək.
Ölkəmizi turnirdə 11 idmançı təmsil edəcək. Milli komandamızın üzvlərindən Dilqəm İsmayılov, Əli Hüseynov, Azər Orucov, Rauf Süleymanov, Cavidan Pənahlı, Cəfər Usubov, Turan Eldarov, Zülfüqar Zeynallı, Zülfü Rzayev, Gülçöhrə Abbasova və Xədicə Zeynallı birincilik uğrunda mübarizə aparacaqlar.
İdmançılar federasiyanın rəhbərliyi altında şəxsi məşqçiləri ilə turnirə hazırlığı davam etdirirlər.