UFC promouteri “Kombat Vombat” (“Döyüş Vombatı”) ləqəbli avstraliyalı döyüşçü Ben Sosoli ilə müqaviləsinə xitam verib.
Buna səbəb isə 30 yaşlı ağırçəkili döyüşçünün Melbrundakı gecə klublarının birinin qarşısında dava etməsi və bir şəxsə zərbə endirməsi olub. İdmançı bu hərəkətinə görə 22 aylıq azadlıqdan məhrum edilib. B.Sosoli özünü bilmədən insan sağlamlığına zərər vurmaqda təqsirli bilib. O, 11 ay dəmir barmaqlıqlar arxasında cəzasını çəkdikdən sonra şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasını tələb edə bilər.
Qeyd edək ki, Ben Sosolinin MMA-da keçirdiyi döyüşlər əsasında hesabında 7 qələbə və 3 məğlubiyyəti var. Onun iştirakı ilə iki döyüş isə baş tutmamış hesab olunur. Döyüşçünün UFC-də ilk qarşılaşması isə 2019-cu ilin oktyabrında olub və o, hakimlərin qərarı ilə Qreq Hardiyə məğlub olub. Lakin daha sonra döyüşün nəticəsi ləğv edilib. Buna səbəb isə Q.Hardinin qarşılaşmada fasilə zamanı qanunsuz vasitələrdən istifadə etməsi olub.
2020-ci ilin fevral ayında isə idmançı texniki nakautla braziliyalı Markos Rojerio da Limaya məğlub olub.
Ağırçəkili döyüşçü azadlıqdan məhrum edildi