Makqreqorla Porye arasındakı döyüşün vaxtı müəyyənləşdi

Makqreqorla Porye arasındakı döyüşün vaxtı müəyyənləşdi

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüşün vaxtı müəyyənləşib. Döyüş yanvarın 23-də UFC 257 turniri çərçivəsində təşkil olunacaq. Qarşılaşmanın yeri barədə məlumat verilməsə də, onun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Konor Mokqreqor bu ilin iyulunda karyerasını bitirdiyini açıqlayıb. İrlandiyalı idmançı 2014-cü ildə Dastin Porye ilə qarşılaşıb və həmin görüşdə ABŞ-dan olan rəqibini ilk raundun 2-ci dəqiqəsində texniki nokautla məğlub edib.