Boksçularımız Avropa çempionatında 2 qızıl, 1 gümüş medal qazandılar

Boksçularımız Avropa çempionatında 2 qızıl, 1 gümüş medal qazandılar


Hollandiyanın Rotterdam şəhərində boks üzrə gənclər arasında Avropa birinciliyinə yekun vurulub. Milli komandamız yarışda 2 qızıl və 1 gümüş medal qazanıb. 56 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov irlandiyalı Kurt Uolker üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavid Quliyev (64 kq) də vətənə Avropa çempionu kimi dönüb. Həmyerlimiz həlledici görüşdə Ukrayna təmsilçisi Yaroslav Samofalovu məğlub edib.
Məsud Yusifzadə (52 kq) yalnız finalda irlandiyalı Reddi Kulliyə uduzaraq, gümüş medalla kifayətlənib.