San Marino velosipedçisi Maykl Antonelli 21 yaşında vəfat edib. Buna səbəb gənc idmançının koronavirusa yoluxması olub. Antonelli testi pozitiv çıxdıqdan sonra noyabrın 30-da xəstəxanaya yerləşdirilmiş, ailəsi isə evdə karantinə alınmışdı. Lakin halı pisləşən velosipedçinin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Maykl Antonelli 2018-ci ilin avqustundakı yarış zamanı dərəyə düşərək ağır yaralanmışdı. Sağalması uzun sürən idmançının qəbul etdiyi dərmanlara görə bədəni zəifləmişdi.
Velosipedçi koronavirusdan dünyasını dəyişdi