Dəri əlcək ustalarımız dünya çempionatına Qəbələdə hazırlaşırlar

Dəri əlcək ustalarımız dünya çempionatına Qəbələdə hazırlaşırlar

Qazaxıstanın Alma-Atı şəhərində keçiriləcək boks üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək idmançılar Qəbələ rayonunda təlim-məşq toplantısı keçirlər.
Qəbələ Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışında Salman Əlizadə (49 kq), Tural Əhmədov (52 kq), Abdurrəhman Şirinov (52 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), İlkin Qaqayev (56 kq), Şaban Şahpələngov (60 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Elnur Süleymanov (69 kq), Pərviz Bağırov (69 kq), Emil Əhmədov (75 kq), Eldar Quliyev (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) iştirak edirlər.
Toplanışda boksçular ümumi fiziki hazırlıqla yanaşı, əvvəlki yarışlarda buraxılan səhvlər üzərində də təlim keçirlər.
"Qafqaz Sport” hotelində məskunlaşan idmançılar gündə 6 saat təlim-məşqləri keçirlər.
Qeyd edək ki, təlim-məşq toplanışına avqustun 21-də yekun vurulacaq.