MMA üzrə ACA 116 turniri dekabrın 18-də izləyici olmadan, televiziya formatında keçiriləcək. Bu barədə ACA (Absolute Championship Akhmat) prezidenti Aleksey Yatsenko bildirib.
“Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə biz ilin final turnirində, televiziya formatında tamaşaçıların iştirakından imtina etmək qərarına gəldik. Azarkeşlər turniri saytda pay-per-view formatında izləyə biləcəklər”, - Yatsenko bildirib.
Xatırladaq ki, turnirin əsas döyüşü ACA çempionu titulu uğrunda rusiyalı Marat Balayev və braziliyalı Felipe Froesin qarşılaşması olacaq.
Prezident azarkeşlərə qadağa qoydu