Teymur Rəcəbov bu gün Levon Aronyanla ilk final görüşünə çıxacaq

Teymur Rəcəbov bu gün Levon Aronyanla ilk final görüşünə çıxacaq

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin finalına yüksəlib. 34 yaşlı şahmatçımız yarımfinalda rusiyalı Daniil Dubovu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib. İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən qrossmeysterimiz ikinci görüşdə də qələbə qazanıb. Zəka sahibimiz növbəti duelinin ilk 2 oyunda qələbə qazandığından ən azı heç-heçəni təmin edib və digər qarşılaşmaların əhəmiyyəti qalmayıb. Bu səbəbdən də həmyerlimiz finala yüksəlib. O, reqlamentə əsasən yanvarın 2-də və 3-də həlledici qarşılaşmalara çıxacaq. İki görüşün nəticəsinə əsasən çempion müəyyənləşməsə, tay-brek oynanılacaq. Finalda isə həmyerlimizin rəqibi Maksim Vaşye-Laqrava (Fransa) qalib gələn Levon Aronyan (Ermənistan) olacaq. Yarımfinalda məğlub olan Daniil Dubovla Maksim Vaşye-Laqrav 3-cü yer üçün oynayacaqlar.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Yarışın qalibi 60 min dollar qazanacaq.