Azərbaycan şahmatçısı Rauf Məmmədov Kappel-lya-Qrand (Fransa) onlayn blits turnirində dördüncü yeri tutub. Turnirdə 11 turun nəticələrinə görə, qrossmeysterimiz 9 xal toplayıb.
Yarışda 10 xal toplayan Baadur Jobava (Gürcüstan) qalib olub. İkinci və üçüncü yerləri 10 xalla, müvafiq olaraq iranlı Pərham Maqsudlu və ABŞ şahmatçısı Qata Kamski tutublar.
Qrossmeysterimiz onlayn blits turnirində dördüncü oldu