Avropa çempionatına Xorvatiya ev sahibliyi edəcək

Avropa çempionatına Xorvatiya ev sahibliyi edəcək

Karate üzrə Avropa çempionatının keçiriləcəyi yer müəyyənləşib. Qitə çempionatı martın 19-dan 23-dək Xorvatiyanın Poreç şəhərində təşkil olunacaq. Qeyd edək ki, yarışın əvvəlcə Göteborqda (İsveç) keçirilməsi planlaşdırılmışdı. Ancaq koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən İsveç turniri keçirməkdən imtina etmişdi.