Milli komandamız Türkiyəyə yollanıb

Milli komandamız Türkiyəyə yollanıb

Kişi basketbolçulardan ibarət milli komandamız Türkiyənin İzmir şəhərində təlim-məşq toplanışında iştirak edir. Bu gün başlayan hazırlıq prosesində millimiz baş məşqçi Samit Nuruzadənin rəhbərliyi altında iştirak edir. Komandamız təlim-məşq toplanışı çərçivəsində bir neçə yoldaşlıq oyununda da qüvvəsini sınayacaq.
Təlim-məşq toplanışı 3x3 basketbol üzrə Avropa çempionatının təsnifat mərhələsinə və Konyada təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır.
Hazırlıq prosesi aprelin 19-dək davam edəcək.