Azərbaycan Basketbol Federasiyasının əməkdaşı "FIBA Avropa"nın iclasında iştirak edib

Azərbaycan Basketbol Federasiyasının əməkdaşı "FIBA Avropa"nın iclasında iştirak edib

Avropa Basketbol Federasiyasının (FIBA Avropa) təşəbbüsü ilə təşkilatın kiçik ölkələr üzrə komissiyasının növbədənkənar iclası keçirilib. Azərbaycan Basketbol Federasiyasından (ABF) verilən xəbərə görə, videokonfrans formatında təşkil olunan iclasda komissiyanın üzvləri cari ilin yayında keçirilməsi nəzərdə tutulan yarışları müzakirə ediblər. Əsas müzakirə mövzusu yarışların keçiriləcəyi ölkələrdə koronavirusun dinamikası, mövcud vəziyyət və tətbiq edilən məhdudiyyətlər olub.
İclasda "FIBA Avropa"nın prezidenti Turqay Dəmirəl, icraçı direktor Kamil Novak, komissiyanın sədri Bernard O’Byrne və komissiyanın üzvləri, o cümlədən ABF-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov iştirak ediblər.