Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-15 Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. Məşqçilər Əbülfət Məmmədov və İlham Vəzirovun rəhbərliyi altında 12 yeniyetmə pəhləvanımız məsul yarışda qüvvəsini sınayıb.
Qitə birinciliyində ölkəmizi təmsil edən idmançılardan ikisi fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (38 kq) və Rinat Nuriyev (62 kq) Avropa çempionatını gümüş medalla başa vurublar.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakimimiz Bəşir İsazadə ədaləti qoruyub.