Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov bir şərtlə postunu tərk etməyi vəd edib. Onun sözlərinə görə, bu, müxalifət bloggeri Tumso Əbdürəhmanovun onun 13 yaşlı oğlu Adəmə döyüşdə qalib gələrsə baş verəcək.
“Adəm, o, sənin bir çuval olduğunu deyir. Ona meydan oxu! Əgər məğlub olsan, səni çuval adlandıran şəxs səninlə təkbətək döyüşdə qalib gəlsə, o zaman respublikanın başçısı vəzifəsindən gedəcəyəm”, - deyə Ramzan Kadırov instaqramda canlı yayım zamanı bildirib.
Xatırladaq ki, Adəm Kadırov aprelin 8-də Qroznıy şəhərində Aslan Bittirovla döyüş keçirib. Qarşılaşma texniki nokautla A.Kadırovun qalmaqallı qələbəsi ilə yekunlaşıb.
Ramzan Kadırov: Əgər məğlub olsan...