FİFA-dan “Neftçi”yə təbrik

FİFA-dan “Neftçi”yə təbrik

FİFA-nın prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.

AFFA-dan verilən məlumata görə İnfantino R.Abdullayevə ünvanladığı məktubla “Neftçi” klubunun Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünün qalibi olması münasibətilə təbrikini və xoş sözlərini bu işdə əməyi olan hər kəsə çatdırılmasını xahiş edib.

Xatırladaq ki, “Neftçi” Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün qalibi olub.