"Barselona" növbəti transferini də açıqladı

"Barselona" növbəti transferini də açıqladı

İspaniyanın "Barselona" klubu daha bir transferini həyata keçirib. Klub İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Erik Qarsiyanı heyətinə qatıb.
Erik Qarsiya ilə 5 illik müqavilə imzalanacaq və futbolçunun sərbəstqalma məbləği 400 milyon avro təşkil edəcək. Təqdimat mərasimi Bakı vaxtı ilə 15:15-də olacaq.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Erik Qarsiya 2018-ci ildən "Mançester Siti"də çıxış edib. Komanda daha əvvəl "şəhərlilər"dən Serxio Aqueronu da transfer edib.