Oliver Kana "Bavariya"da vəzifə veriləcək  

Oliver Kana "Bavariya"da vəzifə veriləcək  

Almaniya "Bavariya"sının İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge klubdan ayrılacaq. Əfsanəvi futbolçu Müşahidə Şurasının sədri və klub prezidenti Herbert Haynerlə məsləhətləşmələrdən sonra belə bir qərar qəbul edib.O, "Bavariya"nı iyunun 30-da tərk edəcək və yerini keçmiş qapıçı Oliver Kana verəcək.
Rummeniggenin ilkin müqaviləsi 2021-ci il dekabrın 31-dək nəzərdə tutulub.
Qeyd edək ki, Karl-Haynts Rummenigge Avropa Klublar Birliyini UEFA-da təmsil edən şəxslərdən biridir.