İspaniyanın “Real Madrid” klubu Zinəddin Zidanın gedişindən sonra baş məşqçi postuna əvəzləyici tapıb. “Kral klubu” bu posta “Everton” klubunun baş məşqçisi Karlo Ançelottini gətirməyi düşünür. Artıq “Everton”u çalışdıran Anççelloti ilə danışıqlar olub və məşqçi “Real”a keçməyə razılıq verib. 62 yaşlı italiyalı mütəxəssislə müqavilənin detalları razılaşdırıldıqdan sonra müqavilə bağlanacaq. Karlo Ançelottinin köməkçiləri David Ançelotti və Antonio Pintus da “Real Madrid”in məşqçilər korpusuna qoşulacaq.
Qeyd edək ki, Karlo Ançelotti 2013-2015-ci illərdə madridlilərə rəhbərlik edib.